Elman Rüstəmov sığorta sistemindəki problemlərdən danışdı

 

 

“Açıq demək istəyirəm, sığorta sistemində uzun müddət yığılıb qalmış problemlər var. Bu gün bu problemlərlə ciddi məşğul oluruq”.

paralel.az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.

Baş bankir vurğulayıb ki, sığorta çox zəif inkişaf edib:

“Burada əsas zəif nöqtələr bizə məlumdur. Bu sistem zəif inkişaf etdiyinə görə əhalinin və biznesin risklərini tam şəkildə əhatə edə bilmir. Nəticədə, dövri olaraq problemlər yaranır”.

E.Rüstəmov əlavə edib ki, icbari sığortanın genişlənməsi üçün addımlar atılacaq.

İlhamə Əbülfət

0.11143589019775