Elman Rüstəmovdan lombardlarla bağlı mühüm açıqlama

 

 

“Lombardlar haqqında” qanun layihəsi Milli Məclisdə müzakirə edilib”.

paralel.az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu sferanın tənzimlənməsi, hüquqi çərçivəsi istiqamətində önəmli təkliflər Milli Məclisə təqdim olunacaq:

“Qanun layihəsinin qəbul olunması xaotiklik müşahidə olunan lombard sistemi üzərində effektiv sistem qurmağa imkan verəcək.

Burada əsas məqsəd əhalinin maraqlarının qorunmasıdır. Qanunun qəbul edilməsindən sonra lombard kreditləri ilə bağlı hesabat olacaq”.

“Həmin hesabatda faiz dərəcələri, insanlarla münasibət, faizlərin əhaliyə nə dərəcədə şəffaf açıqlandığı bilinəcək”, - deyə baş bankir əlavə edib.

İlhamə Əbülfət

0.083354949951172