Restrukturizasiya edilən bank kreditlərinin həcmi açıqlandı - Rəsmi

 

 

“Mayın 7-nə olan məlumata görə, banklara 48 min kredit üzrə 549 milyon manat həcmində restrukturizasiya üçün müraciət edilib. Bunların 91 faizi biznes kreditləri, 5 faizi istehlak, 4 faizi ipoteka kreditləridir”.

paralel.az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, müraciətlərin 37 faizi artıq restrukturizasiya edilib:

“Biznes kreditləri üzrə 495 milyon manatlıq restrukturizasiya müraciətlərinin 33 faizi icra olunub.

İstehlak üzrə 35 milyon manat məbləğində restrukturizasiya müraciətlərinin 85 faizi, ipoteka kreditləri üzrə 19 milyon manat məbləğində restrukturizasiya müraciətlərinin 46 faizi icra edilib”.

İlhamə Əbüfət

0.10963296890259