Azərbaycanda bu bankın problemli krediti 88 faiz olub - Rəsmi

 

 

“Lisenziyası geri çağırılan dörd bankın, əvvəllər də qeyd edildiyi kimi, sektorda payı əhəmiyyətli deyildi. Bu, cəmi sektorun aktivlərinin 2,5 faizini təşkil edirdi. Bu bankların maliyyə vəziyyətində ciddi problemlər var idi”.

paralel.az-ın məlumatına görə, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, portfelin keyfiyyəti qeyri-qənaətbəxşdir:

“Bankların balansında olan ipoteka kreditlərini istisna etsək, bu bankların problemli kreditlərinin həcmi 73 faizdir. “Atabank” ASC-də isə bu faiz 88-ə çatırdı. Banklarda əhalinin 690 min manata yaxın əmanətləri var idi. Bunlar üçün belə bir şəraitdə portfelin 4/3-i işlək deyilsə, təbii ki, ciddi təhdidlər yaranır”.

“Açıq demək lazımdır ki, banklar bu əmanətləri geri qaytarmaq iqtidarında deyildi. Prezident İlham Əliyev tərəfindən əmanətlərin tam sığortalanması haqqında qanununun mövcudluğu imkan verir ki, bağlanan banklarda əhalinin qorunan əmanətləri qaytarılsın”, - deyə o qeyd edib.

İlhamə Əbülfət

0.3030788898468