Xaçmazda 42 yaşlı kişi itkin düşdü - FOTO

Xaçmaz rayonunda 42 yaşlı kişi itkin düşüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz rayonunun Alekseyevka (Çay kənarı) kənd sakini, 42 yaşlı Murad Ziyayev 2019-cu il noyabr ayının 27-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Murad Ziyayevin əlamətləri: boyu 167 sm, orta bədən quruluşlu, yumru sifətli, gözlərinin rəngi şabalıdır. O, ruhi əsəb xəstəliyindən əziyyət çəkir.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinə 023-325-53-56 şəhər və 051-843-02-02 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

0.10797500610352