Bahalaşan və ucuzlaşan ərzaq məhsulları – SİYAHI

 

 

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

2020-ci ilin martında əvvəlki aya nisbətən yumru düyünün, qarabaşağın, manna yarmasının, makaron məmulatlarının, mal, qoyun ətinin, kolbasa məmulatlarının, təzə balığın, pasterizə olunmamış üzlü südün, kəsmiyin, günəbaxan yağının, süfrə marqarininin, limonun, portağalın, naringinin, almanın, armudun, heyvanın, narın, kivinin, qozun, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, balqabağın, bibərin, badımcanın, çuğundurun, yerkökünün, soğanın, sarımsağın, kartofun, çayın, arağın, pivənin və tütün məmulatlarının qiymətində daha çox bahalaşma müşahidə olunub.

Ucuzlaşma isə, əsasən, unun, dondurulmuş balığın, sterilizə olunmuş üzlü südün, qatılaşdırılmış şəkərli südün, yoqurtun, bananın, şəkər və şəkər tozunun qiymətlərində müşahidə edilib.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

0.29361200332642