SOCAR: “İxtisarla bağlı heç bir müzakirə aparılmır”

 

 

Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) hazırda ixtisarla bağlı heç bir müzakirə aparılmır.

Report-un məlumatına görə, bu barədə SOCAR-ın Mətbuat xidmətindən guya şirkətdə may ayında hansısa ixtisarların aparılması ilə əlaqədar yayılan məlumatlara münasibət bildirərkən deyilib.

“İstehsalat səmərəliliyinin mümkün dərəcədə artırılması mütəmadi olaraq şirkət daxilində müzakirə olunur. Lakin şirkətdə hazırda ixtisarla bağlı heç bir müzakirə aparılmır. Yəni işçilərin kütləvi surətdə ixtisar edilməsi gündəmdə deyil”, - açıqlamada bildirilib.

0.26391005516052