Allah betərindən saxlasın!

Allah betərindən saxlasın!
 

Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]

 İnsanlıq çətin imtahan qarşısındadır

 Dünya koronavirus pandemiyasının alovu ilə mübarizə aparmaq istəsə də, hələlik lazımi nəticə hasil edə bilmir. Deyəsən, insanları istismar etmək üçün yeni dünya ağalığı həvəsinə düşənlər Allahın göndərdiyi bu bəla ilə mübarizədə uduzurlar. İş elə gətirib ki, dünyada hər kəsə meydan oxuyan ABŞ indi koronavirusun «çaldığına oynamaq» zorunda məcbur qalıb. Bu sətirləri yazarkən televiziyada gedən xəbərlər proqramından öyrəndim ki, ABŞ – da koronavirusdan ölənlərin sayı artıq 23 min nəfəri aşıb! Bu xəbər ətrafında düşünərkən, içimdə ölən insanlara rəhmət dilədim, eyni zamanda, ABŞ – ı idarə edənlərin dünyanın müxtəlif coğrafiyasında yaşayan milyonlarla məzlum insanları zaman – zaman kütləvi şəkildə qətl etdiklərini də xatırlayıb, günahsız axıdılan qanların qisasının Allah tərəfindən alınacağı barədə müqəddəs “Qurani – Kərim”də oxuduğum vəd yadıma düşdü.

Bəli, Tanrının fail – muxtar yaratdığı insanın dünyada tamah və nəfsinin təsiri altına düşüb, törətdiyi qanlı faciələrin cavabını mütləq alacağı Müqəddəs Kitabın bir neçə surəsində təkrar – təkrar xatırlanıb. Məəsələn, “Zülzal” Surəsi 7 ayədən ibarətdir və surənin 6 – cı və 7 – ci ayələrində deyilir ki,  dünyada kim zərrəcə yaxşılıq edibsə, onun cavabını alacaq, kim də zərrəcə pislik edibsə, onun cavabını alacaqdır! Gətirdiyim misaldan da gördündüyü kimi, insan dünyada hansı əməli törədibsə, axirətdə də ona uyğun cavab alacağı Allah tərəfindən nazil olmuş “Qurani – Kərim”də çox aydın və nəfis şəkildə əks olunub. Amma bütün bunlara baxmayaraq, insana hər bir hərəkətin nə ilə nəticələnəcəyi aydın şəkildə izah olunsa da, əksər insan yenə də özü üçün həm bu fani dünyada, həm də axirətdə əbədi dünyada ona faydalı olan doğru yol seçmir. Bunun da səbəbləri müqəddəs kitablarda göstərilib. Göstərilib ki, yer üzündə yaşayan insanların bir hissəsinin qəlbi Allah tərəfindən möhürləndiyinə görə, onlar dünyada özlərinə faydalı olan işlə yox, hər iki dünyada özünə ziyan olan şeytani əməllərlə məşğuldurlar, onları doğru yola dəvət etsən də, etməsən də, fərq etməz, tövbə edib doğru yola qayıtmazlar!..

Yuxarıda gətirdiyim nümunəyə əsasən yer üzündə fitnə - fəsad törədən prezidentlərin, kralların, nazirlərin və digərlərinin bəşəriyyətə yaşatdıqları faciələrin kökündə nəfs dayanır! Təsadüfi deyil ki, bir çox tanınmışlar dünyanı aqil adamlar üçün nəfslə mübarizə meydanına bənzədirlər və bu da normal haldır.

Dünya ağalığı iddiasına düşdüyü heç kimdə şübhə doğurmayan ABŞ prezidentinin adını yuxarıda təsadüfən çəkmədim. ABŞ dövlətinin XX əsrin sonunda və hazırda dünyaya açıq meydan oxuduğunu hər kəs müşahidə edir. Hazırda dünyada mövcud olan koronavirus pandemiyasından əvvəlki dövrə nəzər salsaq, ABŞ – ın Çinlə apardığı iqtisadi müharibənin hansı həddə yüksəldiyini və bu müharibədə ABŞ – ın çox haqsız olduğunu yaxşı xatırlayırıq. Çox gözləməyə də ehtiyac olmadı və koronavirus infeksiyasını Çinə gətirən ABŞ dövlətinin özü indilikdə Çindən daha çox ziyan çəkir və ölənlərin sayına görə də ABŞ ön cərgədə gedir! Yəni onu demək istəyirəm ki, Allahın yaradıb, yer üzünə yaydığı bəşər övladı müəyyən olunmuş hədləri aşanda onun cəzası bu dünyada da verilir və verilməlidir!

Yazıda ABŞ – ı misal gətirməyim oxucuları çaşdırmasın. Qeyd etdiyim mənfi hallar tək ABŞ prezidentinin yox, eyni zamanda, bütün dövlət rəhbərlərinin fəaliyyətində var və bu, qəbuledilməzdir! Yer üzündə mövcud olan fitnə - fəsadların, məhz ölkə rəhbərlərinin nəfsinin nəticəsi olduğunu danmaq mümkün deyil, koronavirus isə Allahın zalımların əməlinə və məzlumlarınsa dözümünə qarşı etdiyi etirazının aydın təzahürləridir!

0.043014049530029