Xeyirxahlıq missiyası...

Xalqımızın zəngin milli dəyərlər sistemində böyüyə hörmət, insanlara qayğı, xeyirxahlıq hər zaman öz zənginliyini qoruyub saxlayıb. Çətin və köməksiz insanlara arxa-dayaq olmaq, əlindən tutmaq xalqımızın maddi-mənəvi irsidir. Xeyirxahlıq kökdən, gendən gəlir.

Ulu öndər Heydər Əliyevin xalqımıza olan yüksək Atalıq qayğısı hər birimizin qəlbindədir. Onun mənalı ömrünün hər bir səhifəsində xeyirxahlıq, nəciblik, maddi və mənəvi dəstək həkk olunubdur. Ulu öndərin sədaqətli ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın həyat tərzinə çevrilən xeyirxahlıq neçə-neçə insan tərəfindən bu gün də xoş xatirə kimi xatırlanmaqdadır.

Yaxşı yadımdadır, Milli Məclisin deputatı kimi Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun rəhbəri olarkən Zərifə xanımın Ukraynadada böyük ehtiramla yad olunduğunu görmüşəm. Ukraynanın İrpen şəhərində Zərifə xanımın adına istirahət parkın və ucaldılmış büstün acllışında ukraynalıların Onu necə məhəbbətlə, dərin hörmətlə xatırladıqlarının şahidi olmuşam. Zərifə xanımın adını daşıyan xüusi ixtisaslaşmış məktəbin müəllimlərinin Onun nəsib əməllərindən bəhs etməsi, traxoma xəstəsi olan neçə-neçə insanın bu nurlu əllərdən şəfa tapmasını minnətdarlıqa, ehtiramla qeyd etməsi xeyirxah əməllər sahibi olan Zərifə Əliyevaya verilən səmimiyyətin, ali dəyərin ifadəsidir.

xeyirxan insan

Xeyirxahlıq soydan-kökdən qaynaqlanan zəngin xəzindədir. Böyük söz ustadımız Mir Cəlal Paşayevin nəcib və xeyirxah əməllər sahibi olması hamıya məlumdur. Öz mənzilini xalq yazıçısı Nəriman Həsənzadəyə hədiyyə etməsi, tələbələrinə xüsusi diqqət, ata qayğısı göstərməsi Mircəlal müəllimin böyük mənəvi-əxlaqi keyfiyyətlərinin göstəricisi idi.

Mətbuatımızın parlaq simalarından olan, dəyərli alimimiz Nəsir İmanquliyevin evsizlərə ev verilməsində, mənzili darısqal olan yaradıcı adamların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasında fədakar əməyi heç vaxt unudulmur. Amalını, məqsədini, məramını xeyirxahlıq üstə kökləmiş nəcib insan, əsl ziyalı alim,mehriban və qayğıkeş ana Aida xanım İmanquliyeva hər bir insanın problemləri ilə maraqlanır, nəvaziş və qayğısını əsirgəmirdi. Zərif, kövrək qəlbli alimin, ananın etdiyi yaxşılıqları, səxavəti, xeyirxahlığı xatırlaqdıqca bu dəyərli insanın qarşısında baş əyməli olursan.


Xeyirxahlıq və səmimiyyət milli kalorit kimi zəngin irsdən qaynaqlanır. Cənab Prezident İlham Əliyevin yaşlı insanlara xüsusi diqqət və qayğısı cəmiyyətimizdə nümunəvi davranış rəmzinə çevrilibdir. Qlobal pandemiya başlayanda ilk diqqətin yaşlı insanların qorunmasına yönəldilməsi də əbəs yerə deyil. Yoluxma riski yüksək olan bu insanların qorunması , evlərində sosial xidmətlərin göstərilməsi yaşlı, ahıl nəslə olan dərin hörmət və qayğının nümunəsidir.

Xeyirxahlıq qandan, ailədən kök alan mənəvi ehtiyacdır, tərbiyədir, mərifətdir. Böyüyə hörmət və məhəbbəti, qayğı və xeyirxahlığı hər zaman əsas amallarından biri hesab edən Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bu gün yaşlı nəslin yanında olması, onları hər gün diqqətdə saxlaması milli-mənəvi dəyərlərə ehtiramdır.

Xeyirxahlıq paylaşdıqca artır. Ailədən gələn zəngin mənəvi missiyanı davam etdirən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bu gün ahıl insanlara arxa-dayaq olması cəmiyyətimizdə həm də milli həmrəyliyin ən bariz nümunəsidir. Onun fəaliyyətinin mahiyyətində insana sevgi, milli-mənəvi dəyərlərə ehtiram, sosial təbəqələr qayğı və xeyirxahlıq prinsipləri dayanır. O hər kəsə xeyirxahlıqla yanaşır, xoş qəlbindəki mərhəmətdən hər kəsə pay düşür, yaşlı insanlar, valideyn qayğısından məhrum olmuş uşaqlar, qaçqın və məcbur köçkün ailələri və digərləri onun qayğısı ilə əhatə olunub. Onun hər bir layihəsinin uğur qazanmasının səbəbi də budur, insanlar humanitar-sosial təşəbbüslərin çarçısı Leyla Əliyevanın ideyaları ətrafında birləşir.

vaqif abdullayev

Vaqif Abdullayev

Siyasi elmlər doktoru, professor,

YAP Siyasi Şurasının üzvü

 

0.11029887199402