Azərbaycanda karantin rejimində evdən çıxma qaydaları açıqlanır - Canlı yayım

 

 

Bu gün bütün hüquqi və fiziki şəxslərin xüsusi karantin rejimində evdən çıxma qaydalarının təmin edilməsi ilə bağlı icazələr sisteminin “ASAN xidmət” tərəfindən təqdimatı keçirilir.

paralel.az-ın məlumatına görə, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev iştirak edir.

Qeyd edək ki, aprelin 5-dən Azərbaycanda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə hərəkət məhdudlaşdırılır.

Artıq məlum olduğu kimi, vətəndaşlar zərurət yarandıqda yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər.

SMS-lər pulsuz olacaq.

0.088066101074219