İbrahim Məmmədovdan fövqəladə vəziyyət açıqlaması - Video

 

 

“Hazırda ölkədə koronavirusa yoluxma halları artır”.

paralel.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, yoluxma halları sağalma hallarını üstələyir: 

“46 nəfər sağalıb. Bu fərqin artması pis haldır. Bu tendensiya davam edərsə, vəziyyət mürəkkəbləşərsə, fövqəladə vəziyyətin elan olunması istisna edilmir”.

“Hökumət bütün planlara malikdir. Amma arzuediləndir ki, buna ehtiyac olmasın”, - deyə İ.Məmmədov qeyd edib.

İlhamə Əbülfət

0.33477902412415