Venesuela nefti beş dollar satacaq

Venesuela neftin bir barrelini beş dollar satmağa başlayıb.

“RBC” xəbər verir ki, buna səbəb ABŞ sanksiyaları, OPEK+-la anlaşmanın ləğv edilməsi və koronavirus pandemiyası olub.

Venesuelanın “Merey” sortlu neftinin çox az alıcısı var, çünki ölkə ilə  anlaşma imzalamağa cəhd edən ikinci tərəfə qarşı ABŞ sanksiya tətbiq edir.

Sanksiyalardan sonra Venesuelada neft rezervuarlarının hamısı dolub.                                                                        

1.28040599823