Azərbaycanda dəhşət: Qonşusunu bellə öldürdü

Ucar sakini qonşusunu öldürüb.

APA-nın xəbərinə görə, hadisə rayonun Yuxarı Şilyan kəndində baş verib.

Kənd sakini, 1960-ci il təvəllüdlü Mövlan Muxtar oğlu Mustafayev qonşusu, 1958-ci il təvəllüdlü Qəzənfər Səftər oğlu Musayevi bellə vurub.

Q.Musayev hadisə yerində ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

1.2950880527496