Bakıda avtomobildən kişi meyiti tapıldı

Bakının Nəsimi rayonunda “Volkswagen” markalı avtomobildən kişi meyiti tapılıb.

Bu barədə paralel.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Martın 25-i saat 19:50 radələrində Mirzə İbrahimov küçəsində 1968-ci il təvəllüdlü Məmməd Sərkərovun avtomobilində üzərində zorakılıq əlaməti olmayan cəsədi tapılıb.

İlkin araşdırma zamanı onun ürək çatışmazlığından öldüyü məlum olub.

Ramella İbrahimxəlilova

1.3626720905304