Bu ölkədə yaşlı insanlar ölümə təhrik edilir

 

 

Koronavirusun ən çox təsir etdiyi ölkələrdən olan İspaniyada yaşlı adamlara kömək üçün evlərinə gedən əsgərlər onları ölü tapırlar.

Sondakika.com xəbər verir ki, İspaniya Müdafiə naziri Marqarita Robles “əsgərlər kömək üçün küçələrə çıxırlar. Bəzi evlərdə yaşlıları yataqlarında ölü tapırlar” deyib.

O, ölkədəki yaşlı insanların qorxudan çölə çıxmadıqlarını, evlərində çarəsiz vəziyyətdə ölümlərini gözlədiklərini bildirib.

İspaniyada infeksiyadan ən çox təsirlənən bölgələrdən biri olan Madrid şəhərində dəfn proseslərinin dayandırılması səbəbindən virusdan ölən insanların meyitlərinin morq əvəzinə qış idman oyunları sarayında saxlanacağı qeyd edilir.

1.4764640331268