Miqrasiya Xidməti: 30 aprel tarixinədək bütün əcnəbilərin müraciətləri qəbul edilmiş hesab olunur

 

 

Bu gündən 30 aprel tarixinədək ölkəmizdə olma müddəti bitən (həmçinin mütəmadi giriş-çıxış edən) bütün əcnəbilərin müraciətləri Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş hesab edilir. 

paralel.az xəbər verir ki, bu barədə Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov məlumat verib. Onun sözlərinə görə, bu məqsədlə qəbul şöbələrinə yaxınlaşmaqla müraciət etməyə, əlavə narahatlıq keçirməyə ehtiyac yoxdur:

“Bu şəxslər yalnız elektron qaydada və ya ödəniş terminalı vasitəsilə dövlət rüsumunu ödəməklə müvafiq icazə qərarlarını əldə edə bilərlər. Üç gün ərzində həmin şəxslər üçün ödəniş kodları Xidmətin internet səhifəsində yerləşdiriləcək. İcazə qərarlarının götürülməsi üçün hazırda qəbul şöbələrinə yaxınlaşma zərurəti yoxdur və bunu tövsiyə etmirik”.

Qeyd edək ki, ətraflı məlumat Miqrasiya Xidmətinin internet səhifəsində yerləşdirilib, əlavə olaraq şərh bölməsində paylaşımlar edilir.

0.40315699577332