Avrora Qrup” Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı - 200 min manat

 

 

Azərbaycanda qida sektorunun aparıcı şirkətlərindən biri, ölkəmizin qida təhlükəsizliyində aparıcı mövqelərdən birini tutan “Avrora Qrup” Prezident İlham Əliyevin fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabına 200 000 manat vəsait köçürüb.

Koronovirusla bağlı dövlətin qəbul etdiyi qərarlara dəstək məqsədilə şirkətin “Bizon Energy” və “Berg Energy” brendi yüzdən çox 65 yaş üzəri tənha və kimsəsiz insanlara iki ay boyunca ərzaq yardımı edəcəyini elan edib. Ərzaq yardımlarının paylanmasına bugündən etibarən start verilib. 

“Avrora Qrup” eyni zamanda koronavirusla mübarizə çərçivəsində bütün istehsal müəssisələrini dezinfeksiya edərək, çalışanlarını xüsusi geyim forması ilə təmin edib. Şirkət əhalinin qida təminatını nəzərə alaraq, ərzaq stokunu artırmaq üçün gücləndirilmiş iş rejiminə keçib.

Bundan başqa, əhalinin ərzaq təminatını nəzərə alaraq, Avrora Qrupa daxil olan Makaron Fabriki, Dəyirman və Un Zavodu Kompleksi, Qazlı İçkilər Zavodu və Biskvit Fabriki tam gücü ilə fəaliyyətini davam etdirir. Eyni zamanda şirkətin pərakəndə qolu olan “Grandmart” və “Bolmart” Supermarketlər Şəbəkəsi də fəaliyyətini gücləndirilmiş formada davam etdirir və xalqımıza xidmət göstərir. 

Məlumat üçün bildirək ki, “Avrora Qrup” 800-dən çox brendin rəsmi təmsilçisidir. Şirkət ölkəmizə idxal etdiyi qida məhsullarının dağıtımında da heç bir problem olmayacağı barədə əhaliyə təminat verir.

0.87288403511047