Xarici İşlər Nazirliyi də Koronavirusla Mübarizəyə Dəstək Fonduna maddi dəstək oldu

Xarici İşlər Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 215 min manat ianə ayırıb. 

Bu barədə XİN-dən paralel.az-a məlumat verilib. 

Qeyd edilib ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi dövlət başçısının 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 215.000 AZN məbləğində ianə ayrılmasına dair qərar qəbul edib. 

0.84243512153625