Bakıda naməlum avtomobil piyadanı vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə paralel.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, martın 19-u saat 20 radələrində paytaxtın Nizami rayonunun B.Çobanzadə küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən 40-45 yaşlı kişi vurulub və hadisə yerində ölüb.

Nizami Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

1.0235688686371