Bu il Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı

 

 

2020-ci ilin yanvar-fevral aylarında Azərbaycana idxal olunan avtomobillərin sayı açıqlanıb.

paralel.az Gömrük Komitəsinin statistik göstəricilərinə istinadən xəbər verir ki, cari ilin ilk iki ayında Azərbaycana 11 min 547 avtomobil idxal olunub.

Qeyd edək ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.2 dəfə çoxdur.

Belə ki, 2019-cu ilin müvafiq dövründə Azərbaycana 5 min 169 avtomobil gətirilib.

Aqşin Kərimov

0.099453926086426