Rafael Dadaşov İkinci Fəxri xiyabanda dəfn olunacaq

 

 

Xalq artisti Rafael Dadaşov sabah dəfn olunacaq.

Bu barədə paralel.az-a Mədəniyyət Nazirliyindən açıqlama verilib. 

“Xalq artistinin cənazəsi sabah saat 14:00-da evindən götürüləcək. O, II Fəxri xiyabanda dəfn ediləcək”.

Qeyd edək ki, R.Dadaşov bu gün günorta saatlarında vəfat edib.

Xatırladaq ki, martın 14-də, 00:00-dan etibarən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunub.

İlhamə Əbülfət

0.15952610969543