Həbs olunan icra başçısının daha bir şirkəti üzə çıxdı (Fotofakt)

Ötən il dekabrın 19-da Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılmış Yevlaxın keçmiş icra başçısı Qoca Səmədovun daha bir şirkəti üzə çıxıb. Bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayb.

Onun sözlərinə görə, Qoca Səmədov 2005-ci ildə qeydiyyatdan keçmiş “Ruslan-E” MMC-nin təsisçisi olub.

Qeyd edək ki, yayılmış rəsmi məlumatlara görə Qoca, Səmədov icra başçısı işlədiyi müddətdə dövlət büdcəsini talamaqda, işsiz vətəndaşların ictimai işlərə cəlb edilməsi üçün ayrılan külli miqdarda əmək haqlarını ələ keçirməkdə, adı müxtəlif işlərdə rəsmiləşdirilən 133 Yevlax sakinin adına açılmış əmək haqqı kartlarından 236.000 manat dövlət vəsaiti mənimsənilməkdə, 2017-2019-cu illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Yevlax şəhərində abadlıq adı ilə müxtəlif şirkətlərin hesablarına köçürülmüş 616.000 manat vəsaiti nağdlaşdıraraq mənimsəməkdə ittiham olunur. Keçmiş icra başçısı üst-üstə 1 milyon manata qədər vəsaiti mənimsəməkdə şübhəli bilinir.

P.S. Yazıdakı faktlarla bağlı qarşı tərəfi də dinləyib, münasibətin ictimailəşdirməyə hazırıq.

0.45144295692444