“Hamam partisi”ndə ölümlərlə nəticələnən faciə anı - VİDEO

Rusiyalı bloqer Yekaterina Didenkonun ad günündə baş verən “”nin görüntüləri yayılıb.

Bu barədə videonu REN TV yayımlayıb.

Kadrlardan görünür ki, müdafiə geyimində və maskada olan bir qrup şəxs hovuza içi quru buzlarla dolu konteyneri boşaldırlar. Suda reaksiya başlayanda kişilərdən biri suya tullanır.

Əvvəl sürpriz qonaqlara əyləncəli gəlib. Lakin saniyələr sonra zarafat əsl faciə ilə nəticələnib. Quru buzun su ilə reaksiyasından karbon qazı buxarlanıb. Hovuzda olanlar boğulmağa və huşlarını itirməyə başlayıblar.

Quru buzla bağlı təşəbbüsü bloqerin əri, 32 yaşlı Valentin Didenko irəli sürüb. O da daxil olmaqla, faciə nəticəsində üç nəfər həyatını itirib, beş nəfər isə xəstəxanaya yerləşdirilib.

0.74896717071533