Çində koronavirus qurbanlarının sayı 1835 nəfərə çatdı

Ötən gün ərzində Çində koronavirusdan 47 yeni ölüm hadisəsi qeydə alınıb.

Bu barədə RBK agentliyi Çinin Milli Səhiyyə Komissiyasına istinadən məlumat yayıb.

Ölümlərin çoxu (45 nəfər) Hubey əyalətində baş verib.

İki hadisə isə Henan əyaləti və Pekində qeydə alınıb.

Koronavirusdan ölənlərin ümumi sayı 2835-ə çatıb.

Ümumilikdə, 79.000-dən çox insan bu virusa yoluxub, onlardan 39.000-i isə xəstəlikdən sağalıb.

1.4854710102081