İki avtomobilin toqquşması ölümlə nəticələndi - VİDEO

Gədəbəy rayonunun Düzyurd deyilən ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.az-ın məlumatına əsasən, “VAZ21011” nömrəli minik maşını qarşıda hərəkət edən “Pajero” markalı avtomaşınla toqquşub. 

Nəticədə bir ailənin iki üzvü - Ruslan Hüsenov və həyat yoldaşı Nüşabə Hüseynova aldığı xəsarətlərdən yerindəcə keçiniblər. Digər üç nəfər Məcid Nuriyev, Səriyyə Nuriyeva və Mahir Nuriyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. 

Hadisənin təfərrüatları araşdırılır.

 

 

0.6990852355957