Şizofreniyanın yeni növü aşkarlandı - FOTO

Amerikalı alimlər şizofreniyanın yeni növünü aşkar ediblər. Bu barədə “Medical Xpress” yazır.

Bildirilir ki, adi şizofreniya xəstəsində sağlam insanla müqayisədə beyin toxuması daha az müşahidə olunur. Yeni növdə isə boz maddənin həcmində dəyişiklik qeyd edilmir, belə ki, o, normal beyindəki qədər olur.

Alimlər belə bir qənaətə 300 pasiyentin beyininin analizi nəticəsində gəliblər.

Qeyd edilir ki, bundan sonra həkimlər şizofreniya diaqnozunu xəstəliyin “alt” və “patoloji” növlərinə ayıracaqlar.

Bu kəşfin psixi pozğunluqları daha keyfiyyətli müalicə etməyə imkan yaradacağı bildirilir.

0.76673698425293