Tramp Milli Kəşfiyyatın rəhbəri vəzifəsinə namizədini irəli sürüb

ABŞ Prezidenti Donald Tramp ölkənin Milli Kəşfiyyatının rəhbəri vəzifəsinə namizədini irəli sürüb.

Bu barədə dövlət başçısı özünün “Twitter” səhifəsində yazıb.

 “Milli Kəşfiyyatın direktoru vəzifəsinə Con Retkliff təyin olunmalıdır”, - deyə Prezident yazıb.

D.Tramp, həmçinin Retkliffi “böyük istedada malik görkəmli insan” adlandırıb.

Qeyd edək ki, əvvəllər Milli Kəşfiyyatın direktoru vəzifəsini ABŞ-ın Berlindəki səfiri Riçard Qrenell icra edirdi.

0.49965596199036