İri buynuzlu heyvanın yola çıxmağı qəzaya səbəb oldu, xəsarət alan var - VİDEO

İribuynuzlu heyvanın avtomobilin qarşısına çıxmağı zəncirvari qəzaya səbəb olub. 

Oxu.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Kürdəmir rayonu Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Gülməmməd Dadaşov “Ford” markalı mikroavtobusla hərəkətdə olduğu zaman qarşısına çıxan iribuynuzlu heyvanı vurub. 

Bundan sonra “Mercedes” markalı avtomobilin sürücüsü, Bərdə sakini Samir Abdullayev ölmüş heyvanın yolun ortasındakı cəsədini görərək nəqliyyat vasitəsinin sürətini azaldıb. Bu zaman eyni istiqamətdə hərəkətdə olan Bərdə sakini Azər Maksudov ara məsafəsini düzgün təyin etmədiyindən  idarə etdiyi “Volkswagen” markalı minik maşınını  “Mercedes”ə çırpıb. Nəticədə “Mercedes” yoldan çıxaraq su kanalına düşüb. Nəticədə avtomobildə olan sərnişinlər Bakı sakinləri, 37 yaşlı Zakir Məhərrəmov, 64 yaşlı Qalib Rəhimov,  Bərdə sakini, 32 yaşlı Vüsalə Novruzova və “Ford”un sürücüsü, Kürdəmir rayon sakini Gülməmməd Dadaşov müxtəlif növ bədən xəsarətləri alıblar. 

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar və Travmatologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 

1.2424330711365