Çin Pakistana on minlərlə “bioloji silah” göndərmək niyyətindədir

 

 

Çin Pakistana qeyri adi “biloji silah” – yüz min ördək göndərə bilər.

“Sinhua” xəbər verir ki, quşlar pakistanlılara çəyirtkə ordusu ilə mübarizədə yardım edə bilər.

Həşəratlar artıq Pakistanın pambıq sahələrini məhv edib və taxıl zəmilərinə üz tutub.

Vəziyyət o yerə çatıb, ki ölkədə fövqəladə hal elan edilib.

Qeyd etmək lazımdır ki, Çinin özü 20 ildir ki ziyanverici həşəratlara qarşı ördəkləri istifadə edir.

Bir ördək gün ərzində iki yüzdən çox ziyanverici həşərat yeyə bilər.

1.4958682060242