Rusiyada kişini elektroşokerlə oyatmaq istəyən polislər onun ölümünə səbəb oldu

 

 

Rusiyanın İrkutsk vilayətində polis əməkdaşları 24 yaşlı kişinin ölümünə səbəb olublar.

“Kanal 24” xəbər verir ki, bu haqda mərhumun anası sosial şəbəkələrdə paylaşım edib.

Onun sözlərinə görə, gecə klubundan taksi ilə evə qayıdan oğlu Dmitri içkili vəziyyətdə maşında yuxuya gedib.

Onu oyada bilməyən taksi sürücüsü köməyə polis əməkdaşlarını çağırıb.

Onlar da Dmitrini elektroşokerlə oyatmaq qərarına gəliblər.

Nəticədi kişi ürək çatışmazlığından elə maşındaca keçinib.

Qeyd etmək lazımdır ki, həmin polis əməkdaşları törətdiyi əmələ görə işdən qovulublar və həbs ediliblər.

0.40671896934509