ABŞ-da it meşədə azmış cütlüyü xilas etdi – FOTO

ABŞ-ın Marin bölgəsinin (Kaliforniya ştatı) yaşlı sakinləri Yan İrvin və onun həyat yoldaşı Kerol Kiparski meşədə romantik piknik təşkil etmək qərarına gəlirlər.

“Daily Star” xəbər verir ki, nəticədə cütlük meşədə azaraq səkkiz gün ərzində ac-susuz qalıblar.

Onların köməyinə Qrut adlı retriver gəlib. Axtarış zamanı it sahibi Riç Kasseni halsız cütlüyün olduğu istiqamətə aparıb.

Bu zaman R.Kassen yaşlı cütlüyün səslərini eşidib.

Xəstəxanaya yerləşdirilən Yan İrvin və Kerol Kiparskinin vəziyyəti sabitdir.

0.83993196487427