Qadının hədiyyəsi həyat yoldaşının ölümünə səbəb oldu

İngiltərənin Nort-Yorkşir qraflığının sakini Kristofer Sueyls paraşütlə tullandıqdan sonra həyatını itirib.

“Daily Mail” xəbər verir ki, 55 yaşlı K.Sueyls  53 yaşlı həyat yoldaşı Debora ilə ABŞ-ın Arizona ştatında istirahətə çıxıblar.

Evliliklərinin 30-cu ildönümü münasibəti ilə Debora həyat yoldaşına Qrand-Kanyon üzərindən paraşütlə tullanmağı hədiyyə edib.

İnstruktorla birgə tullanan Kristofer həyatını itirib. İnsturktor isə sadəcə ayağını sındıraraq sağ qalıb.

1.2802529335022