Bakıda özünü dənizə atan qızın atası: “Münasibətindən xəbərdar idik”

 

 

“Qızım Nəzakət Rzazadənin sevgilisi ilə münasibətinə razılıq verilmədiyi üçün intihar etməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Bu barədə Axar.az-a açıqlamasında özünü dənizə ataraq, intihar edən Nəzakət Rzazadənin atası Müğdət Rzazadə deyib.

O bildirib ki, qızının hansı səbəbdən intihar etməsi məlum deyil:

“Qızımın Balahüseyn Məmmədovla münasibətindən xəbərdar idik. Üçüncü kursda oxuyurdu deyə, universiteti bitirdikdən sonra ailə qurmasını məsləhət görmüşdük. Sevdiyi oğlan öz kəndimizdəndir. Bu gün gecə saat 1-2 arası intihar ediblər. İntihar səbəbini isə bilmirik. Nəzakətin meyiti hələ tapılmayıb, axtarışlar davam edir”.

Qeyd edək ki, mətbuatda Tibb Universitetinin tələbəsi, 1998-ci il təvəllüdlü Nəzakət Rzazadənin bulvarda intihar etməsi və sevgilisi Balahüseyn Məmmədovun onu xilas etmək üçün özünü dənizə atması barədə məlumat yayılıb.

İntihara ailələrin onların münasibətinə qarşı çıxmasının səbəb olduğu bildirilir.

1.6852080821991