İki yaşlı qızını çörək qırıntılarına görə öldürdü

 

 

Rusiyada qadın azyaşlı övladını çörək qırıntılarına görə öldürüb.

“RİA Novosti”nin yaydığı xəbərə görə, 28 yaşlı sərxoş qadın çörək qırıntılarını yerə tökən uşağına qəzəblənib.

O, yerə tökülən qırıntıları yığaraq iki yaşlı qızının boğazına tıxayıb. Nəticədə uşaq boğularaq ölüb.

Bundan sonra qadınla birgə yaşayan kişi uşağın cəsədini evdən çıxararaq gizlədib. Hadisə baş verəndən on gün sonra həmin kişi spirtli içki zəhərlənməsindən ölüb.

Bir neçə aydan sonra qadının rəfiqəsi uşağı tapmadıqları ilə bağlı polisə müraciət edib.

Bundan sonra cinayətin üstü açılıb. Əvvəlcə uşağın ölümünü birgə yaşadığı kişinin üstünə atmağa çalışan ana sonradan günahını etiraf edib.

Prokuror onun 13 il müdətinə azadlıqdan məhrum edilməsini istəyib.

1.6381709575653