Sabir İlyasov ordenlə təltif edildi - SƏRƏNCAM

 

 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sabir İlyasovun təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikasında mülki aviasiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Sabir Gülmirzə oğlu İlyasov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

1.2337701320648