Dünyanın düz olduğunu sübut etmək istəyən şəxsin faciəli ölüm anı - Video

 

 

ABŞ-ın Kaliforniya ştatında düz yer nəzəriyyəsinin tərəfdarı Mayk Hyus özü düzəltdiyi raketin qəzaya uğraması nəticəsində ölüb.

Bu hadisənin videosu “Twitter”də jurnalist Castin Çepman tərəfindən yayımlanıb.

“Buxarla işləyən” aparatda eniş paraşütü düzgün işləməyib. Raket havaya qalxandan sonra M.Hyus sürətlə yerə çırpılaraq ölüb.

2018-ci ildə Hyus oxşar uçuş tətbiq edib. O zaman 520 metr qalxmağı bacaran şəxs yerə enəndə kürəyini yaralayıb.

64 yaşlı Hyus “Limuzin” sürücüsü olub. O, “YouTube”da Yerin düz olduğunu iddia etdiyi videoları ilə məşhurlaşıb. Raketləri də nəzəriyyəsinin təsdiqləmək üçün yaradıb.

1.2392530441284