Türkiyə: Koronavirusla bağlı İrana təklif etdik ki...

 

 

Türkiyə İrana Qum şəhərini karantinə almağı təklif edib, ancaq qarşı tərəf bunu qəbul etməyib.

“Hurriyet”in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bəyan edib.

Nazirin sözlərinə görə, iki gün əvvəl iranlı həmkarından virusun mənbəyi barədə soruşub, o isə virusun Qum şəhərindən yayıldığını, Tehranda və başqa yerlərdə rast gəlinən halların bu və ya digər şəkildə sözügedən şəhərlə əlaqəsi olduğunu deyib.

“Qum şəhəri də Çinin Uhan şəhəri kimi karantinə alınmalı idi. Əgər Qum şəhərini karantinə alsanız, sərhədləri bağlamarıq. Ancaq İranın Səhiyyə naziri şəhərin karantinə alınmayacağını dedi. Biz də bu səbəbdən sərhədi bağlamaq məcburiyyətində qaldıq”, deyə F.Koca bildirib.

Türkiyəli nazir İranda virusa yoluxma sayının çox olduğu ehtimalını irəli sürüb.

Qeyd edək ki, İranda bu günə qədər virusa 43 yoluxma halı qeydə alınıb. Onlardan səkkizi ölümlə nəticələnib. Yoluxma Qum şəhərindən başlayıb.

Həkimlərin dediyinə görə, yoluxanların əksəriyyəti ya şəhər sakinləridir, ya da ora gediblər. 

0.31519389152527