“Diamond Princess”dən buraxılan iki sərnişində koronavirus aşkarlandı

 

 

Yaponiya sahillərində karantinə alınan “Diamond Princess” gəmisindən buraxılan sərnişinlərin ikisində koronavirus aşkarlanıb.

REN.TV-nin xəbərinə görə, onlar Avstraliya vətəndaşlarıdır.

Həmin şəxslər ölkələrinə qayıdan zaman aeroportda onlarda koronavirus aşkarlanıb.

Hər iki şəxs nəzarətə götürülüb.

Qeyd edək ki, hazırda gəmidə olanlar təxliyyə edilir.

Xatırladaq ki, “Diamond Princess” kruiz gəmisi Yaponiya sahillərində koronavirus səbəbindən karantinə alınmışdı.

0.88432908058167