Çində 200 məhkum koronavirusa yoluxdu

 

 

Çində türmələrdən birində yeni növ koronavirusa kütləvi yoluxma halı baş verib.

TASS-ın yaydığı xəbərə görə, hadisə Şandun yarımadasında yerləşən həbsxanaların birində aşkar olunub.

Xəbərdə bildirilir ki, 200 nəfər məhkum koronavirusa yoluxub.

Bundan əlavə, həbsxanada işləyən 7 mühafizəçinin də bu virusa yoluxduğu müəyyən edilib.

Rəsmi adı Covid-2019 olan virus Çinin Uhan şəhərindən dünyanın bir çox ölkəsinə yayılıb.

1.2704391479492