Ucar sakini heyvanlarını satdığı adamdan pulunu ala bilmir – VIDEO

Ucar rayonun Lək kənd sakini Hafiz İbadov həmyerlisi Tural Hüseynovun ona qarşı dələduzluq etməyindən şikayətlənir.

paralel.az xəbər verir ki, 2018-ci ilin dekabrında Tural adlı şəxs ümumi dəyəri 3250 manat olan 20 baş qoyunu ondan alaraq pulunu 20 günə qaytaracağını deyib.

Pulun vaxtında qaytarılacağına isə Hafiz İbadovun öz qaynı Elşən Hüseynov zamin durub.

Lakin o gün bu gün nə puldan xəbər var nə də qoyunlardan. Zərərçəkən iddia edir ki, Tural Hüseynovun dələduzluq əməli bununla bitməyib.

O başqa vətəndaşların da iri və xırda buynuzlu heyvanlarını alaraq pullarını mənimsəyib.

İbadovlar ailəsi faktla bağlı Ucar rayon polis şöbəsinə müraciət ediblər.

Şöbədən isə bildirilib ki, bu barədə hər hansısa bir dələduzluq faktı olmadığından vətəndaş məhkəməyə müraciət etməlidir.

 

1.4993939399719