Şəmkirdə ağır yol qəzası: İki ölü, dörd yaralı

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib. 

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndindən keçən hissəsində qeydə alınıb. Avtoqəza nəticəsində iki nəfər ölüb, dörd nəfər isə xəsarət alıb. 

Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası və DYP əməkdaşları cəlb olunub. 

Qəzanın təfərrüatı araşdırılır. 

 

1.3873000144958