Növbədənkənar parlamaent seçkisi bizə nə verdi?

Növbədənkənar parlamaent seçkisi bizə nə verdi?
 

Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]

 Məmurlar seçkinin normal keçməsinə imkan vermədilər

 Xalq 9 fevralda baş vermiş seçki saxtakarlığının yaratdığı ajiotajın hələ də şokunu yaşayır! Növbədənkənar parlament seçkisinin vandallıqla müşayət olunması, hakimiyyət strukturlarının aşağı ranqlı məmurlarının, hətta ölkənin qanunçuluq orqanları işçilərinin, xüsusən polislərin məntəqələrdə törədilən aşkar saxtakarlığa dəstək verməsi xalqın şoka düşməsinə səbəb olub! Cnayətkarlıqla mübarizə aparan orqanların əməkdaşlarının seçkinin nəticələrini saxtalaşdıranlarla bir sırada durması xalqın dövlətə bəslədiyi inam və etimadı kökündən sarsıtdı. Ölkə Prezidentinin seçki öncəsi bəyan etdiyi “ xalq kimə dəstək verəcəksə, parlamaentdə həmin şəxslər oturacaq” çağırışına qarşı məmurlar, sanki səlib yürüşü təşkil etdilər və ölkə başçısının seçdiyi dərin islahatlar kursuna sağalmaz zərbə vurdular. Seçki saxtakarlığının həddi bütün sərhədləri aşaraq, vandalizmə çevrildi, bu halların görüntüləri hər yerdə açıq müşahidə olundu və bu vandalizm görünütüləri sosial şəbəkələrdə xalqın böyük etiraz dalğasının yaranmasına şərait yaratdı, xalq ölkədə yaradılmış durumu anlamaqda çətinliklə üzləşdi.

Ölkə Prezidentinin başladığı islahatlara qarşı hakimiyyət daxilində dirəniş göstərən məmurlar heç nədən və heç kimdən çəkinmədən xalqın iradəsinə qarşı çıxdılar, eyni zamanda, ölkə başçısının əleyhinə getdilər və istədiklərinə də nail oldular. Növbədənkənar parlamaent seçkisini ölkənin demokratikləşməsi yolunda irəliyə doğru yox, geriyə atılmış addıma çevirdilər. Seçkilərin yekunlarına qiymət verərək, inkarolunmz tək bir faktı qeyd edim ki, 125 dairənin hər birində kütləvi saxtakarlıq törədildi və ölkə prezidenti tərəfindən qarşıya qoyulmuş məqsədin üzərindən qara xətt çəkməyə ciddi təşəbbüs göstərdilər. Bu fikiri dairələrdə törədilmiş total saxtakarlığı əks etdirən əlimizdəki videogörüntülərə əsasən qeyd edirəm. Seçki saxtakarlığına kütləvi şəkildə rəvac verən məmurların əksəriyyətinin bir səfdə dayanması baş verən prosesin heç də sadə olmadığını, ölkədə söz sahibi olan klan və mafiyaların işbirliyinin məhsulu olaraq, ortaya qoyulduğunu iddia etmək doğrudur. Həmin qüvvələr ölkə prezidentinin, xalqın və dövlətin mənafeyini öz maraqlarına qurban verdilər. Eyni zamanda, bu qüvvələr dövlətimizə qarşı hər cür yalan, böhtan, şər atan düşmən qüvvələrə ölkəmizə qarşı növbəti şər-böhtan kampaniyası aparmaq üçün əsas və bəhanə yaratdılar. ATƏT və Avropa Şurasının, eləcə də, ABŞ-ın seçkilərin yekunları ilə bağlı mənfi rəy verməsi də həmin hakimiyyət daxilində yerləşən klan və mafiyaların fəaliyyətinin nəticəsidir. O nəticələrin ki, ölkə böyunca fəaliyyət göstərən 5573 məntəqələrin hər birində məmurların müdaxiləsi nəticəsində seçkilər ciddi şəkildə saxtalaşdırılıb.

Mərkəzi Seçki Komisiyası fevralın 13-də keçirdiyi iclası dairələrdən daxil olmuş şikayətlərə baxmağa həsr etdi, lakin yekunda xalqın gözlədiyi saxtakarlıq edilmiş dairələrin kütləvi ləğv edilməsi haqqında qərar qəbul edə bilmədi. Yalız 33, 35, 74 və 80 saylı dairələrin nəticələrini ləğv etdi, 13 dairədə şikayətlərin dairədə araşdılması barədə qərar verdi. Bu isə seçki saxtakarlığından əndişələnən xalqın daha da qəzəblənməsinə səbəb oldu. Əhali saxtakarlığın başında durduğu şübhə doğurmayan dairələrin seçki saxtakarlığını normal araşdıracağına qəti inanmır və şikayətlərin dairələrdə törədilmiş cinayət xarakterli əməllərin ifşa olunacağına tam şübhə ilə yanaşır. Bu gün dairələrdə aparılan araşdırmaların ikinci günüdür, amma hələlik heç bir iş görülməyib. Araşdırma üçün fəaliyyətə başlasalar da, bunların müsbət iş görəcəklərini düşünmürəm, çünki müsbət iş görəsi olsaydılar, MSK bu cür səthi qərar qəbul edə bilməzdi.

Gəlin, səbr edib, bir qədər də gözləyək, görək, dairələrdə araşdırmaların nəticəsi necə olacaq, sonra fikirlərimizi bildirək.  

0.022772073745728