Təyyarədə qorxulu anlar: Telefonunu çıxarıb çeynəməyə başladı

 

 

Sərxoş vəziyyətdə olan sərnişin təyyarədə heyət üzvlərini qorxutmaq üçün telefonunu çeynəyib.

“Independent”in məlumatına görə, hadisə “EasyJet” aviaşirkətinə məxsus sərnişin təyyarəsində qeydə alınıb.

44 yaşlı Metyu Flaertinin qeyri-adekvat davranışları İngiltərə-İslandiyaya reysinin təxirə düşməsinə səbəb olub. O, stüardessalarla dava edərək, onları öldürməklə hədələyib. Sonra isə telefonunu yeməyə çalışıb.

Stüardessalar baş verənlərdən və kişinin onlara xətər yetirə biləcəyindən çox qorxduqlarıı deyiblər.

“Flaerti mobil telefonunu çıxarıb, onu söküb. Sonra bir hissəsini ağzına qoyaraq çeynəməyə başlayıb, batareyasını isə oturacağa tullayıb. Batareya tüstülənməyə başlayıb”, - deyə nəşrin yaydığı məlumatda bildirilir.

Hava gəmisinin komandiri təyyarəni Edinburq aeroportuna yönəltmək qərarına gəlib. 

Enişdən sonra polislər Flaertini tutaraq, yerli polis bölməsinə aparıblar.

 

1.2265999317169