Fırtınaya düşən sərnişin təyyarəsinin göyərtəsində həyəcan - Video

 

 

Avropanı bürüyən “Ciara” fırtınası sərnişin təyyarəsində qorxu dolu anlara səbəb olub. Bununla bağlı kadrlar sosial şəbəkələrdə paylaşılıb.

“Haber Global”ın məlumatına görə, qorxulu anlar Amsterdamda “Schiphol” hava limanına eniş etməyə çalışan təyyarədə qeydə alınıb.

Kadrlarda göyərtədəki insanların həyəcanlı qışqırıqları və yalvarışları eşidilir.

Məlumata görə, enmək üçün beş uğursuz cəhddən sonra sərnişin təyyarəsi Madridə geri qayıdıb.

 

0.74360990524292