Qar əyləncəsi zamanı qorxunc qəza - ANBAAN VİDEO

Yağan qardan sonra neylon üzərində yoxuşdan sürüşən gənclərin əyləncəsi qəza ilə nəticələnib. Dəhşətli hadisə Türkiyənin Giresun şəhərində qeydə alınıb. 

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Qəza nəticəsində bir nəfər yaralanıb, iki nəfər isə xəsarət almadan xilas ola bilib.

Hadisə ilə bağlı polis təhqiqatlara başlayıb.

Qeyd edək ki, təhlükəli əyləncə və ardınca da qorxunc qəza gənclərin dostları tərəfindən anbaan telefonun kamerasına çəkilib. 

0.68322801589966