Təyyarənin göyərtəsində dava: Sərnişinin dişini qırdılar - VİDEO

 

 

Təyyarənin uçuşunu gecikdirən içkili şəxs göyərtədə digər sərnişinlər tərəfindən döyülüb. Hadisə Ukraynada “SkyUp” aviaşirkətinə məxsus təyyarənin göyərtəsində baş verib.

Strana.ua-nın məlumatına görə, sərnişinlərdən biri baş verənləri öz telefonunun kamerası ilə çəkib.

Bildirilir ki, təyyarə Lvovdan Kiyevə uçmalı imiş. Təyyarəni gecikdirən şəxsi bir neçə sərnişin özbaşına təyyarədən çıxarmaq istəyib, lakin müqavimətlə üzləşiblər. Bundan sonra sərnişinlər onu döyməyə başlayıblar.

Hadisə şahidinin sözlərinə görə, onun hətta bir neçə dişi qırılıb.

Aeroport əməkdaşlarının müdaxiləsindən sonra sərnişini təyyarədən endirmək mümkün olub.

0.39075088500977