Polis 6 rayonda əməliyyat keçirdi: 7 həbs

Yevlax rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə edilməsində və daşınmasında şübhəli bilinən əvvəllər məhkum edilmiş, Yevlax rayon sakini T.Nadirov saxlanılaraq polis şöbəsinə gətirilib.

Paralel.az Teleqraf.com-a istinadən xəbər verir ki, onun üzərinə baxış keçirilən zaman cibindən güclü təsiredici qüvvəyə malik narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə onun müxtəlif vaxtlarda törətdiyi oğurluq əməllərinin də üstü açılıb.

Belə ki, həmin şəxs 30 ədəd ev quşları oğurlayaraq ümumilikdə vətəndaşlara 2000 manatdan çox ziyan vurduğu da müəyyən edilib. Dindirilmə zaman o, törətdiyi cinayət əməllərini etriaf edib.

Bundan başqa, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234-cü (narkotiklərlə əlaqəli cinayətlərə görə) maddəsi ilə axtarışda olan Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş E.İsgəndərov saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun evindən 3 kiloqram 148 qram marixuana və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Daha bir əməliyyat Goranboy rayonunda keçirilib.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Goranboy rayonunun Boluslu kənd sakini, əvvəllər məhkum olunmuş T.Misriyevin evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 420 qram marixuana aşkar edilib.

Oxşar əməliyyat Tovuzda da keçirilib.

Tovuz rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş R.Cəfərovdan 495 qram marixuana götürülüb.

Daşkəsən rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Kərimova məxsus 3 baş inəyi oğurlamaqda şübhəli bilinən Bayan kənd sakini N.Cəlalov və Gəncə şəhər sakini S.İsmayılov saxlanılıblar.

Daha bir oğurluq faktının açılması üçünm əməliyyat Şəmkirdə keçirilib.

Şəmkir rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kür qəsəbə sakini E.Əkbərova məxsus 10 baş inəyi qəsəbənin otlaq sahəsindən oğurlamaqda şübhəli bilinən Şiştəpə kənd sakini, əvvəllər məhkum olunmuş S.Nağıyev saxlanılıb.

0.65632605552673