“Fitch” SOCAR-ın reytinqini “BB +” səviyyəsində təsdiqləyib

 

 

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emitentin uzunmüddətli defolt reytinqini (IDR) və prioritet təminatsız reytinqini “BB+” səviyyəsində təsdiqləyib. Reytinq üzrə proqnoz isə “Sabit”dir 

Şirkətdən Trend-ə verilən məlumata görə, SOCAR-ın reytinqi Azərbaycanın reytinqinə (BB + / sabit) uyğundur. 

“Bu uyğunluq şirkətə maliyyə təminatı, nağd ödəmələr və kapital qoyuluşları şəklində göstərilən dövlət dəstəyinə, həmçinin SOCAR-ın sosial funksiyalarına və neft-qaz layihələrinin inkişafı üçün dövlət vasitəsi kimi əhəmiyyətinə əsaslanır”. 

Reytinqdə SOCAR-ın sosial rolu da nəzərə alınır. 

0.65126991271973