Qayalıqda ölüm təhlükəsi yaşayan 69 yaşlı qadın belə xilas edildi - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşlı qadın qayalıqda çıxılmaz vəziyyətdə qalıb.

CBS-in xəbərinə görə, 69 yaşlı qadın turistləri daşıyan avtobusdan enərək Rubio kanyonunda qayalığa dırmaşıb.

Qayalıqda sürüşərək ölüm təhlükəsi yaşayan qadını xilas etmək üçün əraziyə helikopter və xilasedicilər cəlb edilib.

Xilasedicinin köməyi ilə qayalıqdan çıxarılan qadın turistlərin arasında onu gözləyən ərinə təhvil verilib.

O, müayinədən imtina edərək səyahətinə davam edib.

 

0.18967700004578