Astarada biri qadın olmaqla dörd narkotacir saxlanıldı – Video

 

 

Astarada narkotik alveri ilə məşğul olan şəxslər saxlanıldı.

paralel.az xəbər verir ki, onlardan ümumilikdə yeddi kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlandı.

Astara polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Günay Cəfərova psixotrop maddə olan bir büküm metamfetamini satarkən saxlanılıb.

Onun yaşadığı evdən isə əlavə olaraq iki qram metamfetamin və elektron tərəzi aşkar edilərək götürülüb. Araşdırma nəticəsində məlum olub ki, saxlanılan xanım sözü gedən psixotrop maddəni Astara şəhər sakini, əvvəllər məhkum olunmuş Siyavuş Əliyevdən alıb.

Şübhəli şəxsin isti izinə düşən polis çox keçmədən, adı çəkilən Siyavuş Əliyevi  bir bükümdə metamfetamini və bir ədəd metadon həbini satarkən saxlayıb.

Onun üzərindən bir bükümdə heroin, altı bükümdə metamfetamin, yaşadığı evdən isə bir kiloqram heroin və elektron tərəzi aşkar edilib.

Analoji hadisə, rayonun Şahdağacı kəndində də qeydə alınıb. Belə ki, aparılan növbəti uğurlu əməliyyat tədbiri nəticəsində rayonun Şahağacı kənd sakini Oktay Quliyev heroin satarkən saxlanılıb. Onun üzərinə baxış keçirilərkən əlavə bir büküm də heroin aşkarlanıb. Araşdırma zamanı məlum olub ki, Oktay Quliyev həmin narkotik vasitəni həmkəndlisi Emin Mikayılovdan alıb.

Polis dərhal Eminin izinə düşərək onu narkotik vasitə satarkən elə iş başında yaxalayıb. Onun üzərindən beş büküm heroin aşkar olunaraq götürülüb. Emin Mikayılovun evində aparılan axtarış zamanı beş ədəd bağlama altı kiloqramdan artıq tiryək, bir bükümdı 70 qram metamfetamin tapılıb.

 

0.54410099983215